Yuxarı
    Bağlamaq

    ABŞ-da "İmmiqrantlarsız gün" çərçivəsində kütləvi aksiya keçiriləcək

    Amerikalı immiqrantlar bu gün ABŞ-ın bir sıra iri şəhərlərində işə çıxmamağı planlaşdırır

    Bakı. 16 fevral. REPORT.AZ/ Amerikalı immiqrantlar bu gün "İmmiqrantlarsız gün" aksiyası çərçivəsində ABŞ-ın bir sıra iri şəhərlərində işə çıxmamağı planlaşdırır.

    "Report" "İnterfaks"a istinadən xəbər verir ki, aksiya iştirakçıları öz hərəkətləri ilə ABŞ iqtisadiyyatında immiqrantların rolunun vacibliyini nümayiş etdirmək, eləcə də ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasətinə narazılıqlarını ifadə etmək niyyətindədirlər. Aksiyanın bütün ölkə boyu, o cümlədən Vaşinqton, Boston, Filadelfiya, Hyuston, Çikaqo və Nyu-Yorkda keçiriləcəyi gözlənilir.

    Xatırladaq ki, yanvar ayının sonlarında D.Tramp 120 gün müddətinə ABŞ-a qaçqınların girişini məhdudlaşdıran və 90 gün müddətinə isə ABŞ-a əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkələrin - İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəmənin vətəndaşlarının girişini qadağan edən fərman imzalayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi