ABŞ-da əyləncə gecəsi zamanı döşəmə uçub, 30 nəfər yaralanıb - VİDEO

ABŞ-da əyləncə gecəsi zamanı döşəmə uçub, 30 nəfər yaralanıb - VİDEO Bakı. 21 oktyabr. REPORT.AZ/ Amerikanın Cənubi Karolina ştatının Klemson şəhərindəki yaşayış kompleksi binalarından birində keçirilən əyləncə gecəsi zamanı döşəmə uçub. Nəticədə 30 nəfər xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
21 Oktyabr , 2018 23:48
ABŞ-da əyləncə gecəsi zamanı döşəmə uçub, 30 nəfər yaralanıb - VİDEO

Bakı. 21 oktyabr. REPORT.AZ/ Amerikanın Cənubi Karolina ştatının Klemson şəhərindəki yaşayış kompleksi binalarından birində keçirilən əyləncə gecəsi zamanı döşəmə uçub. Nəticədə 30 nəfər xəstəxanaya yerləşdirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polisə istinadən "FOX Carolina" telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə bazar gününə keçən gecə baş verib. Yaralıların vəziyyəti haqqında məlumat yoxdur.

Bundan əvvəl ABŞ-da qasırğa nəticəsində 36 nəfərin öldüyü xəbər verilib.

Son xəbərlər

Orphus sistemi