Yuxarı

​ABŞ-da dinc yürüş iştirakçılarına atəş açılıb, iki nəfər yaralanıb

Polis hadisə yerində vertolyotla müşahidə aparır

Bakı. 10 avqust . REPORT.AZ/ ABŞ-ın Missuri ştatının Ferquson şəhərində keçirilən dinc nümayiş iştirakçıları atəşə tutulub və nəticədə iki nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.

Xəbərdə bildirilib ki, atəş açılandan sonra nümayişçilər dağılışaraq, yaxınlıqdakı binaların həyətlərinə və avtomobil dayanacaqlarına sığınıblar.

Atəş açanın kimliyi bilinmir. Polis hadisə yerində vertolyotla müşahidə aparır.

Xatırladaq ki, həmin küçədə polis tərəfindən ötən il öldürülən Maykl Braunun xatirəsinə həsr edilən kütləvi yürüş keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi