ABŞ-da daşqınlar nəticəsində onlarla insan itkin düşüb, ölənlər var

ABŞ-da daşqınlar nəticəsində onlarla insan itkin düşüb, ölənlər var ABŞ-ın Şimal Karolina ştatında tropik “Fred” fırtınasının səbəb olduğu daşqınlar nəticəsində 2 nəfər həlak olub, daha 20 nəfər itkin düşüb.
Digər ölkələr
20 Avqust , 2021 03:31
ABŞ-da daşqınlar nəticəsində onlarla insan itkin düşüb, ölənlər var

ABŞ-ın Şimal Karolina ştatında tropik “Fred” fırtınasının səbəb olduğu daşqınlar nəticəsində 2 nəfər həlak olub, daha 20 nəfər itkin düşüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildirib.

"İndiyədək təxminən 20 nəfər itkin düşmüş hesab edilir. İki insanın ölümü təsdiq olunub", - təbii hadisədən zərər çəkmiş Heyvud dairəsinin xilasetmə xidmətlinin bəyanatında deyilir.

Qeyd edilir ki, axtarış əməliyyatları davam edir.

"Fred" tropik fırtınası zəifləsə də, hələ də təhlükəlidir. Məlumata görə, tufan gözlənilir.

“Fred” tropik fırtınası Puerto-Rikodan cənubda, Karib hövzəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi