ABŞ-da daha bir silahlı insident olub, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

ABŞ-da daha bir silahlı insident olub, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb ABŞ-ın Texas ştatının Hyuston şəhərində bit bazarında baş verən atışmada iki nəfər ölüb, üç nəfər xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
16 May , 2022 02:47
ABŞ-da daha bir silahlı insident olub, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

ABŞ-ın Texas ştatının Hyuston şəhərində bazarda baş verən atışmada iki nəfər ölüb, daha üç nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Harris dairəsinin şerifi Ed Qonzales bildirib.

"Hazırda iki nəfərin hadisə yerində öldüyü barədə məlumatımız var, azı üç nəfər xəstəxanaya aparılıb", o, tviterdə yazıb.

İlkin məlumata görə, atışma iki qrup arasında yaranan mübahisədən sonra baş verib. Hadisə yerindən iki tapança aşkar edilib.

Silahlı insident zamanı yalnız münaqişə iştirakçıları xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi