ABŞ-da COVID-19-a yoluxanların sayı artıb

Digər ölkələr
  • 13 iyun, 2020
  • 12:51
ABŞ-da COVID-19-a yoluxanların sayı artıb

ABŞ-da son sutkada koronavirusa 25 396 nəfər yoluxub və bu xəstəlikdən 846 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Bütövlükdə ölkədə koronavirusa 2 milyondan artıq yoluxan olub ki, bunlardan 114 mindən çoxu ölüb, 547 mindən çoxu isə sağalıb.