ABŞ-da baş vermiş atışma zamanı altı nəfər meksikalı həlak olub

ABŞ-da baş vermiş atışma zamanı altı nəfər meksikalı həlak olub ABŞ-ın El-Paso şəhərində baş vermiş atışma zamanı altı nəfər meksikalı həlak olub.
Digər ölkələr
5 Avqust , 2019 03:41
ABŞ-da baş vermiş atışma zamanı altı nəfər meksikalı həlak olub

ABŞ-ın El-Paso şəhərində baş vermiş atışma zamanı altı nəfər meksikalı həlak olub.

"Report" "RİA Novosti"ya istinadən xəbər verir ki, bu barədə Meksika prezidenti Andres Manuel Lopes Obrador bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində daha yeddi meksikalı yaralanıb.

Xatırladaq ki, Amerikanın Texas Ohayo ştatlarında baş vermiş kütləvi atışmalarda ümumilikdə 29 nəfər öldürülüb.

Texas ştatında “Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 20 nəfər həlak olub. Ohayo ştatının Deyton şəhərində təqribən gecə saat birdə barın yaxınlığında duran insanlara atəş açılıb, nəticədə 9 nəfər ölüb, 26 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi