ABŞ-da atışma olub, üç nəfər ölüb

ABŞ-da atışma olub, üç nəfər ölüb Səlahiyyətlilər hadisənin iki qruplaşma arasındakı mübahisə nəticəsində baş verdiyini ehtimal edirlər
Digər ölkələr
30 İyul , 2020 12:39
ABŞ-da atışma olub, üç nəfər ölüb

ABŞ-ın Missuri ştatının Sent Luis şəhərinin şimalında baş verən atışma nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “St. Louis Post-Dispatch” qəzeti polisə istinadən məlumat yayıb.

Polis nümayəndəsi Mişel Uidinqin verdiyi məlumata görə, üç nəfər hadisə yerində ölüb, daha bir şəxs isə ayağından güllə yarası alıb.

Qəzet qeyd edir ki, atışmaya nəyin səbəb ola biləcəyi hələlik məlum deyil, lakin səlahiyyətlilər hadisənin iki qruplaşma arasındakı mübahisə nəticəsində baş verdiyini ehtimal edirlər.

Polis hadisə yerindən silahlar aşkar edib.

Son xəbərlər

Orphus sistemi