Yuxarı

ABŞ-da antifaşistlərlə irqçilər arasında toqquşmada 10 nəfər bıçaqlanıb

Onların yaş həddi 19-58 yaş arasındadır

Bakı. 27 iyun. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında antifaşistlərlə irqçilər arasında baş verən toqquşmada 10 nəfər bıçaqlanıb.

"Report" "KCRA Sacramento"ya istinadən xəbər verir ki, bu haqda yerli polis idarəsi bildirib.

İnformasiyaya əsasən, yaralılardan ikisinin vəziyyəti ağırdır. Xəbərdə bildirilib ki, yaralıların 9-u kişi, biri isə qadındır. Onların yaş həddi 19-58 arasındadır.

Məlumata görə, toqquşma 400-ə yaxın antifaşist və təxminən 30 irqçi (ağ dərililərin üstünlüyü tərəfdarları - "ağ supremasizm") arasında baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi