ABŞ-da 95 yaşlı kişi qocalar evində atəş açıb, xəsarət alan var

ABŞ-da 95 yaşlı kişi qocalar evində atəş açıb, xəsarət alan var ABŞ-ın Kolorado ştatında polis qocalar evinin 95 yaşlı kirayənişinini həbs edib.
Digər ölkələr
4 Fevral , 2021 00:16
ABŞ-da 95 yaşlı kişi qocalar evində atəş açıb, xəsarət alan var

ABŞ-ın Kolorado ştatında polis qocalar evinin 95 yaşlı kirayənişinini həbs edib.

“Report” xəbər verir ki, bu barədə yerli “Denver Channel” telekanalı bildirib.

Məlumata görə, buna səbəb onun silahlı insident törətməsi olub. Yerli polisin informasiyasına əsasən, hadisə Denverdən 35 kilometrdə məsafədə yerləşən Lafayett şəhərində olub. Qocalar evinin sakini odlu silahdan atəş açaraq müəssisənin əməkdaşını ağır yaralayıb.

Polis əməkdaşları hadisə yerinə gələn vaxt şübhəli şəxs öz otağında olub. O, saxlanılma zamanı müqavimət göstərməyib. Silahlı insident zamanı yaralanan şəxs kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəni törədən 95 yaşlı şəxs tapançadan istifadə edib və bir dəfə atəş açıb. Cinayətin başvermə səbəbi hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi