ABŞ-da 51 il birlikdə yaşayan cütlük koronavirusdan 6 dəqiqə fərqlə öldü - FOTO

ABŞ-da 51 il birlikdə yaşayan cütlük koronavirusdan 6 dəqiqə fərqlə öldü - FOTO ABŞ-ın Florida ştatında koronavirusa yoluxmuş ər-arvad altı dəqiqə vaxt fərqi ilə ölüb.
Digər ölkələr
6 Aprel , 2020 03:04
ABŞ-da 51 il birlikdə yaşayan cütlük koronavirusdan 6 dəqiqə fərqlə öldü - FOTO

ABŞ-ın Florida ştatında koronavirusa yoluxmuş ər-arvad altı dəqiqə vaxt fərqi ilə ölüb.

“Report” xəbər verir ki, bu barədə “Metro” nəşri bildirib.

Məlumata görə, ölən şəxs 72 yaşlı Adrian və 74 yaşlı Stüart Beykerdir. Onlar 51 il bir yerdə yaşayıblar.

Qeyd edilir ki, Boynton-Biç şəhərindən olan ər-arvadda indiyə qədər ciddi xəstəliklər aşkarlanmayıb. Cütlüyün oğlunun sözlərinə görə, onun valideynləri təxminən üç həftə əvvəl özlərini pis hiss ediblər. Stüartın temperaturu qalxanda onu xəstəxanaya çatdırıblar. Xəstəxanada onda CoVID-19 aşkarlanıb. Bundan sonra kişinin həyat yoldaşı da xəstəxanaya yerləşdirilib.

Cütlük bir palatada altı dəqiqəlik vaxt fərqi ilə ölüb.

Qeyd edək ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. 

Son xəbərlər

Orphus sistemi