ABŞ-da 507 nəfər "McDonald's" salatlarından mədə infeksiyasına yoluxub

ABŞ-da 507 nəfər "McDonald's" salatlarından mədə infeksiyasına yoluxub Bakı. 25 avqust. REPORT.AZ/ Amerika hökuməti ölkənin 15 ştatında və Nyu-York şəhərində McDonald's sürətli qidalanma şəbəkəsində salat yemiş sakinlər arasında 507 mədə infeksiyasına yoluxma hadisəsi aşkar edib.
Digər ölkələr
25 Avqust , 2018 06:55
ABŞ-da 507 nəfər McDonald's salatlarından mədə infeksiyasına yoluxub

Bakı. 25 avqust. REPORT.AZ/ Amerika hökuməti ölkənin 15 ştatında və Nyu-York şəhərində "McDonald's" sürətli qidalanma şəbəkəsində salat yemiş sakinlər arasında 507 mədə infeksiyasına yoluxma hadisəsi aşkar edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qida Məhsulları və Dərman Preparatlarının Keyfiyyətinə Sanitar Nəzarət İdarəsinin (FDA) bəyanatında deyilir.

"İdarə ABŞ-da Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzi, federal və yerli hakimiyyət orqanları ilə birgə bir neçə ştatda, çox güman ki, "McDonald's" restoranlarından alınan salatlarla əlaqədar olan "cyclospora cayetanensis" (siklospora) xəstəliyinin yayılmasını araşdırır. Ümumilikdə "McDonald's" salatlarından istifadə edənlər arasında laborator tədqiqi ilə təsdiqlənmiş 507 hal qeydə alınıb", — deyə İdarənin saytına yerləşdirilən məlumatda bildirilir.

Həmçinin qeyd olunub ki, xəstəlik nəticəsində 24 nəfər xəstəxanaya yerləşdirilib, bununla belə ölüm faktı qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi