ABŞ-da 250 min dollarlıq zinət əşyasını oğurlayan erməni qadın Ermənistana getmək istəyirmiş

ABŞ-da 250 min dollarlıq zinət əşyasını oğurlayan erməni qadın Ermənistana getmək istəyirmiş Bakı. 23 may. REPORT.AZ/ ABŞ-ın Arizona ştatında polis 35 yaşlı erməni əsilli Emma Pçakcyanı tutub.
Digər ölkələr
23 May , 2018 20:57
ABŞ-da 250 min dollarlıq zinət əşyasını oğurlayan erməni qadın Ermənistana getmək istəyirmiş

Bakı. 23 may. REPORT.AZ/ ABŞ-ın Arizona ştatında polis 35 yaşlı erməni əsilli Emma Pçakcyanı tutub.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, o, ştatın Skottsdeyle rayonunda işlədiyi “Diamond Craft Fine Jewelry” (“Brilyant zinət məmulatları”) dükanından 250 min dollarlıq zinət əşyası oğurlayıb.

Qarət bu il mayın 1-də olub. Dükan sahibi brilyant kişi üzüyünün yerində olmadığını görüb. O, əvvəlcə inventarizasiya aparmaq istəyib. Ancaq Pçakcyan bu yoxlamada iştirakdan imtina edib. Yoxlama zamanı ümumi dəyəri 250 min dollar olan mal tapılmayıb.

O, inventarizasiyanın səhəri günü isə işdən çıxıb. Bundan sonra ondan şübhələniblər. Polis erməni qadının evində axtarış aparıb. Oradan dəyəri 70 min dollar olan zinət əşyası tapılıb. Oğurlanmış 180 min dollarlıq zinət əşyası isə hələ də axtarılır.

Emma Pçakcyanın sözlərinə görə, mayın sonunda Ermənistana getmək niyyətində imiş. 

Son xəbərlər

Orphus sistemi