ABŞ Çini ölkələr arasında hərbi rabitə kanalı açmağa çağırıb

ABŞ Çini ölkələr arasında hərbi rabitə kanalı açmağa çağırıb ABŞ və Çin arasında hərbi rabitə kanalı Pekinin qərarı əsasında bağlı olaraq qalır və Vaşinqton səhv hesablama riskinin yüksək olması səbəbindən bunu dəyişdirməyə çağırır.
Digər ölkələr
31 May , 2023 23:55
ABŞ Çini ölkələr arasında hərbi rabitə kanalı açmağa çağırıb

ABŞ və Çin arasında hərbi rabitə kanalı Pekinin qərarı əsasında bağlı olaraq qalır və Vaşinqton səhv hesablama riskinin yüksək olması səbəbindən bunu dəyişdirməyə çağırır.

“Report” xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi brifinqdə bildirib.

“Hazırda, təəssüf ki, hərbi rabitə kanalı bizim üçün bağlıdır... Sözsüz, biz bu insidentlə (mayın 26-da Cənubi Çin dənizi üzərində Çin qırıcısı ABŞ-nin RC-135 kəşfiyyatçı təyyarəsinin yaxınlığından keçib) bağlı narahatlığımızı bildirmək üçün diplomatik xətlərdən istifadə etdik, lakin bu, hərbi idarələr arasında birbaşa əlaqə ilə eyni deyil, xüsusən də gərginlik çox yüksək olduqda və səhv hesablama riski eyni dərəcədə böyük olduqda”, - o qeyd edib.

Ağ ev rəsmisi diqqətə çatdırıb ki, Vaşinqton Pekinlə hərbi rabitə kanalının yenidən işə salınmasından yanadır.

Son xəbərlər

Orphus sistemi