ABŞ BMT-nin maliyyələşdirilməsini azaldacaq

ABŞ BMT-nin maliyyələşdirilməsini azaldacaq Bakı. 24 avqust. REPORT.AZ/ ABŞ BMT-nin maliyyələşdirməsini İnsan Hüquqları Şurasına (İHŞ) ödənişin məbləği qədərində azaldacaq.
Digər ölkələr
24 Avqust , 2018 12:02
ABŞ BMT-nin maliyyələşdirilməsini azaldacaq
0 : 00
0 : 00

Bakı. 24 avqust. REPORT.AZ/ "ABŞ BMT-nin maliyyələşdirməsini İnsan Hüquqları Şurasına (İHŞ) ödənişin məbləği qədərində azaldacaq".

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton deyib.

Onun sözlərinə görə, Vaşinqton BMT İHŞ və BMT Ali Komissarlığının illik xərcini hesablayacaq və təşkilata ümumi ödənişləri bu məbləğ qədər azaldacaq. Eyni zamanda, o, azalmanın məhz İHŞ-nin fəaliyyətinə təsir göstərəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, hazırda ABŞ BMT büdcəsinin 22%-ni ödəyir. ABŞ iyunun 20-də BMT İHŞ-dən çıxıb. Buna səbəb kimi şuranın Vaşinqtonun Yaxın Şərqdəki əsas müttəfiqi olan İsrailin siyasətini tənqid edən qətnamələr qəbul etməsi göstərilib. 

İngilis versiyası US will reduce UN funding

Son xəbərlər

Orphus sistemi