ABŞ Avropa ölkələrində hərbi mövcudluğunu artıra bilər

ABŞ Avropa ölkələrində hərbi mövcudluğunu artıra bilər ABŞ hakimiyyəti Ukrayna ətrafındakı vəziyyətdən asılı olaraq Avropa ölkələrində hərbi mövcudluğunun genişləndirilməsi imkanlarını nəzərdən keçirəcək.
Digər ölkələr
24 Mart , 2022 07:56
ABŞ Avropa ölkələrində hərbi mövcudluğunu artıra bilər

ABŞ hakimiyyəti Ukrayna ətrafındakı vəziyyətdən asılı olaraq Avropa ölkələrində hərbi mövcudluğunun genişləndirilməsi imkanlarını nəzərdən keçirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Cek Rid bildirib.

Son həftələrdə bir sıra Avropa ölkələrinə müvəqqəti olaraq minlərlə Amerika hərbçisinin köçürülməsindən danışan qanunverici qeyd edib ki, hərbi mövcudluq münaqişənin sonuna kimi qalacaq.

"Mümkündür ki, orada əlavə qüvvələr tələb olunsun. Bütün bunlar vəziyyətin necə olacağından asılı olacaq", - senator vurğulayıb.

Cek Rid deyib ki, ABŞ NATO müttəfiqlərini əlavə resurslarla təmin edə bilər.

Son xəbərlər

Orphus sistemi