Yuxarı

​ABŞ Afrika və Avropa ölkələri ilə birlikdə Aralıq dənizində hərbi təlimlər keçirəcək

Təlimlərdə Yunanıstan, İtaliya, Türkiyə, Əlcəzair, Misir, İspaniya, Mavritaniya, Mərakeş, Malta, Tunis iştirak edəcək

Bakı. 13 may. REPORT.AZ/ ABŞ və 10 Avropa ölkəsinin hərbi dəniz qüvvələri yaxın günlərdə Aralıq dənizində hərbi təlimlərə başlayacaqlar. 

"Report" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir.

Taktik təlimlərin əsas məsələləri qeyri-leqal miqrasiyanın, kütləvi qırğın silahlarının avadanlıqlarının daşınmasının və qanunsuz ticarətinin qarşısının alınmasından ibarət olacaq

Təlimlərdə Yunanıstan, İtaliya, Türkiyə, Əlcəzair, Misir, İspaniya, Mavritaniya, Mərakeş, Malta, Tunis, Birləşmiş Ştatlar iştirak edəcəklər. 

Təlimlər mayın 17-də başlayacaq və 10 gün davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi