Yuxarı
    Bağlamaq

    ABŞ-a məxsus 300-ə yaxın hərbi texnika və 700 hərbçi Polşaya gəlib

    Texnika Qdansk şəhərinə Green Ridge yük gəmisinin göyərtəsində gətirilib

    Bakı. 31 mart. REPORT.AZ/ Amerikaya məxsus hərbi texnika, xüsusilə "Atlantic Resolve" əməliyyatlarına logistika dəstəyi bölmələrinə daxil olacaq nəqliyyat vasitələri növləri gəmi ilə Qdansk limanına yan alıb.

    "Report" xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb.

    Qeyd olunur ki, texnika Qdansk şəhərinə "Green Ridge" yük gəmisinin göyərtəsində gətirilib.

    “Amerika qoşunlarının generalı Dueyn Hembl bildirib ki, Qdanska təqribən 300 ədəd müxtəlif nəqliyyat vasitəsi və başqa texnika, həmçinin 900 əsgər gəlib. Hərbi texnika gəmidən düşürüldükdən sonra hərbi hissələrə yola düşəcək”, - deyə məlumatda bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi