ABŞ 8 ölkədən səyahət məhdudiyyətlərini aradan qaldıracaq

ABŞ 8 ölkədən səyahət məhdudiyyətlərini aradan qaldıracaq ABŞ "omikron" ştamına görə Afrikanın 8 ölkəsindən girişə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.
Digər ölkələr
24 Dekabr , 2021 19:16
ABŞ 8 ölkədən səyahət məhdudiyyətlərini aradan qaldıracaq

ABŞ "omikron" ştamına görə Afrikanın 8 ölkəsindən girişə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Dekabrın 31-də məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılır.

ABŞ-ın səyahət qadağası "omikron"un ilk aşkarlandığı Cənubi Afrikaya şamil edilir və siyahıya Botsvana, Zimbabve, Lesoto, Malavi, Mozambik, Namibiya və Esvatini də daxildir.

Son xəbərlər

Orphus sistemi