2014-cü ildə Putinin gəlirləri 2 dəfə artıb

2014-cü ildə Putinin gəlirləri 2 dəfə artıb Ötən il Rusiya prezidenti 153 min ABŞ dolları qazanıb
Digər ölkələr
15 Aprel , 2015 14:22
2014-cü ildə Putinin gəlirləri 2 dəfə artıb

Bakı. 15 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə 7,65 mln rubl qazanıb (153 min ABŞ dolları). "Report" "TASS"a istinadən xəbər verir ki, bu Kremlin rəsmi saytında bu gün dərc olunmuş gəlirlər, xərclər və əmlak haqqında bəyannamədə göstərilib. 

Dövlət başçısının mülkiyyətində 1,5 min kv.m. torpaq sahəsi, 77 kv.m. sahəsi olan mənzil və qaraj (18 kv.m) var. Putinin istifadəsində, həmçinin 153,7 kv.m. sahəsi olan mənzil və 18 kv.m.-lik qaraj var. Həmin obyektlər 2013-cü il üçün bəyənnamədə də qeyd olunub. Bütün əmlak Rusiyada yerləşir. 

Ötən il ilə müqayisədə prezidentin şəxsi avtoparkı da dəyişməyib. Onun mülkiyyətində 2 ədəd nadir "Volqa" (QAZ M21 və QAZ М-21-R), eləcə də "Niva" markalı avtomobillər və "Skif" qoşqusu var. 

2013-cü ildə prezidentin gəlirləri 3 mln 672 min 208 rubl təşkil edib (73 min ABŞ dolları). Beləliklə, 2014-cü ildə onun qazancı 2 dəfə artıb. İş burasındadır ki, ötən ilin aprel ayında Putin Rusiya prezidenti və baş nazirin pul mükafatlarının 2,65 dəfə artırılmasını nəzərdə tutan fərman imzalayıb. Həmin dövrdə onların əmək haqları tabeliyində olanların gəlirlərindən aşağı olub. 

Cari ilin mart ayının 1-də prezident özünün, hökumət sədri və bir çox məmurların əmək haqlarını 10% azaltmaq göstərişini verib. 

Son xəbərlər

Orphus sistemi