Ukraynada Azərbaycan diaspor təşkilatının qurucularından biri vəfat edib

Ukraynada Azərbaycan diaspor təşkilatının qurucularından biri vəfat edib Mərhum Kiyev şəhərində müsəlman qəbiristanlığında dəfn olunacaq
Diaspor
16 Mart , 2021 18:07
Ukraynada Azərbaycan diaspor təşkilatının qurucularından biri vəfat edib
Report.az

Ukraynada Azərbaycan diaspor nümayəndəsi, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü, görkəmli alim Nadir Əlişov vəfat edib.

"Report" xəbər verir ki, o, bu gün yaşadığı Kiyev şəhərində uzun sürən xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib.

Mərhum Kiyev şəhərində müsəlman qəbiristanlığında dəfn olunacaq.

SSRİ Nazirlər Sovetinin və N.Ostrovski adına Ukrayna Gənclər mükafatlarının laureatı olan N.Əlişov Ukraynada Azərbaycan diaspor təşkilatının qurucularından biri olub.

Qeyd edək ki, N.Əlişov 1948-ci ildə anadan olub.

Son xəbərlər

Orphus sistemi