Türkiyədə millət vəkilliyinə namizəd: “Azərbaycanlıların səsi, qazilərimizin dəstəkçisi olmaq istəyirəm”

Türkiyədə millət vəkilliyinə namizəd: “Azərbaycanlıların səsi, qazilərimizin dəstəkçisi olmaq istəyirəm” “Türkiyə Böyük Millət Məclisinə (TBMM) millət vəkilli seçilsəm, azərbaycanlıların səsi, qazilərimizin və əlilliyi müəyyən edilmiş insanların dəstəkçisi olmaq istəyirəm”.
Diaspor
12 Aprel , 2023 17:34
Türkiyədə millət vəkilliyinə namizəd: “Azərbaycanlıların səsi, qazilərimizin dəstəkçisi olmaq istəyirəm”

“Türkiyə Böyük Millət Məclisinə (TBMM) millət vəkilli seçilsəm, azərbaycanlıların səsi, qazilərimizin və əlilliyi müəyyən edilmiş insanların dəstəkçisi olmaq istəyirəm”.

Bu fikirləri “Report”un Ankara bürosuna Türkiyənin “Yenidən Refah” Partiyasından millət vəkilliyinə namizədliyi irəli sürülmüş Azərbaycan əsilli Vəfa Aktuz bildirib.

Vəfa Aktuz deyib ki, hazırda AK Parti ilə eyni birlikdə - “Cümhur İttifaqı”nda yer alan partiyadan millət vəkilliyinə namizəd olması ilə qürur duyur:

“2019-cu ildə “Yenidən Refah” partiyasına dəvət edildim və bu dəvəti qəbul edib partiyaya üzv oldum. Hazırda partiyanın xarici əlaqələr şöbəsində sədr müaviniyəm. Bu partiya Türkiyədə milli görüş ideologiyasının qurucusu mərhum Necmeddin Erbakanın oğlu Fatih Erbakan tərəfindən qurulub. Mən də din və millətçiliyə önəm verdiyim üçün bu partiyadan namizədliyimi irəli sürdüm, opponentlərin çox olmasına baxmayaraq, namizədliyim qəbul edildi”.

TBMM-də sadəcə millət vəkili olmaq üçün bu mübarizə yolunu seçmədiyini vurğulayan Vəfa Aktuz deyib ki, məqsədi bir türk olaraq türk dünyasına, Qarabağ müharibəsində iştirak edərək zəfər sevincini yaşadan qazilərimizə xidmət göstərməkdir:

“44 günlük Qarabağ zəfərində Türkiyədən Azərbaycana verilən dəstək danılmazdır. Bu dəstəyin arxasında hər iki ölkənin liderlərinin güclü iradəsi dayanır. Ona görə hesab edirəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın timsalında bütün türk millətinə bir azərbaycanlı kimi vəfa borcum var. Odur ki, bütün imkanlarımdan maksimum istifadə edərək mən də bir ürəkdə iki can olan Azərbaycanla Türkiyəyə xidmət göstərəcəyəm”.

Qeyd edək ki, ixtisasca pedaqoq olan Vəfa Aktuz 3 yaşında hər iki ayağını itirib. Türkiyə vətəndaşı ilə ailəlidir, iki qız anasıdır.

Son xəbərlər

Orphus sistemi