Bu gün Ankarada yerləşən Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunda (TADİV) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Bizə İlham verən Ali Baş Komandanımız” mövzusunda tədbir keçirilib.
“Report”un Ankara bürosunun xəbərinə görə, tədbirdə TADİV rəhbəri Aygün Attar, Türkiyə-Azərbaycan Parlementlərarası Dostluq Qrupu rəhbəri Şamil Ayrım, digər millət vəkilləri, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, elm, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bahçaşehir Universitetinin müəllimi, Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağarın tədbirdə İkinci Qarabağ müharibəsinin qələbə ilə başa çatmasının səbəbləri və bu savaşda Ali Baş Komandan olaraq Azərbaycan Prezidenti İlham Əliyevin rolundan, liderlik xüsusiyyətlərindən bəhs edən çıxışı dinlənilib.