Tbilisidə Azərbaycanın Zəfər Günü aksiyalarla qeyd olunub

Tbilisidə Azərbaycanın Zəfər Günü aksiyalarla qeyd olunub Gürcüstanın paytaxtı Tbilisidə 8 Noyabr – Azərbaycanın Zəfər Gününə həsr olunan növbəti maraqlı fləşmob keçirilib.
Diaspor
8 Noyabr , 2021 19:00
Tbilisidə Azərbaycanın Zəfər Günü aksiyalarla qeyd olunub

Gürcüstanın paytaxtı Tbilisidə 8 Noyabr – Azərbaycanın Zəfər Gününə həsr olunan daha bir aksiya keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, mərkəzi Rike parkda “Air Baloon Tbilisi” adlı böyük hava şarı Azərbaycan bayrağı və Zəfər rəmzimiz - Xarı bülbülün təsvirləri ilə işıqlandırılıb.

Şar Tbilisinin axşam mənzərəsinə xüsusi gözəllik qatıb.

17:52

Gürcüstanın paytaxtı Tbilisidə 8 Noyabr – Azərbaycanın Zəfər Gününə həsr olunan növbəti maraqlı aksiya keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, şəhərin “Sülh körpü”sündən başlayaraq Azərbaycan bayraqları ilə bəzədilmiş üç gəzinti kateri Kür çayı boyu hərəkət edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının yerləşdiyi əraziyə yaxınlaşan katerlərdən bayrağımızın rənglərində olan 600 ədəd şar havaya buraxılıb.

Orijinal fləşmob Tbilisi sakinləri və şəhərin qonaqlarının diqqətini cəlb edib.

Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Gürcüstandakı səfirliyi və Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi