Tarixçi: "Acarıstanda aşkarlanan altıncı məzarlıqda azərbaycanlının qalıqlarının olduğu ehtimalı var"

Tarixçi: "Acarıstanda aşkarlanan altıncı məzarlıqda azərbaycanlının qalıqlarının olduğu ehtimalı var" "Altıncı məzarlıqda azərbaycanlının qalıqlarının olduğu ehtimalı var. Dəqiq araşdırma aparmamışıq. Elə hallar olurdu ki, güllələnən şəxslərin meyitləri quyulara edam günündən daha sonra əlavə olunurdu. Onlar növbəti gün güllələnənlər ola bilərdi. Buna gör
Diaspor
11 Mart , 2022 17:19
Tarixçi: Acarıstanda aşkarlanan altıncı məzarlıqda azərbaycanlının qalıqlarının olduğu ehtimalı var

"Altıncı məzarlıqda azərbaycanlının qalıqlarının olduğu ehtimalı var. Dəqiq araşdırma aparmamışıq. Elə hallar olurdu ki, güllələnən şəxslərin meyitləri quyulara edam günündən daha sonra əlavə olunurdu. Onlar növbəti gün güllələnənlər ola bilərdi. Buna görə də azərbaycanlının sonuncu məzarlığa aid olub-olmadığını dəqiq müəyyən edə bilmirik. Ələkbərovun qalıqlarının da olduğu ehtimal edilən altıncı məzarlıq beynəlmiləldir".

Bunu "Report"a müsahibəsində Gürcüstanın Acarıstan bölgəsində repressiya qurbanlarının qalıqlarının aşkarlandığı kütləvi məzarlıqda qazıntı işlərinə rəhbərlik edən İnformasiya Azadlığının İnkişafı İnstitutunun (IDFI) bölmə rəhbəri, tarixçi, araşdırmaçı Anton Vaçaradze deyib.

Onun sözlərinə görə, araşdırmalar nəticəsində repressiya qurbanları olan 1 050 nəfərin arasında neçə nəfərin azərbaycanlı olduğunu müəyyən etmək mümkün olacaq.

"Bildiyiniz kimi, Batumi çox beynəlmiləl şəhər olub. Buna görə də kütləvi məzarlıqlarda qeyri-gürcülərin aşkarlanması təbiidir. Azərbaycanlılar Batumidə neft sənayesi sahəsində çalışıblar. Bakı və Batumi arasında çox sıx əlaqələr olub. Batumidə neft emalı stansiyası fəaliyyət göstərirdi, liman vasitəsilə neft nəql olunurdu. Neft 1906-cı ildən Avropaya nəql olunmağa başlandı, kommunistlərin dövründə Odessa və sovetlər ittifaqının digər limanlarına da çatdırılırdı. Azərbaycanlılarla bağlı dəqiq araşdırma aparmamışıq, lakin çox ehtimal ki, kütləvi məzarlıqda qalıqları aşkarlanacaq və tədqiq olunacaq azərbaycanlılar məhz neft sənayesində çalışıblar. Batumidəki neft idarələrində azərbaycanlıların da işlədiyini yəqin etmək olar. Ətraflı və dəqiq araşdırmalara ehtiyac var. Həmin şəxslərin kimliyini və hansı peşə sahibləri olduqlarını yalnız arxivlərdən öyrənmək mümkündür", - A.Vaçaradze bildirib.

Qeyd edək ki, müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi