“Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində şəhid və qazilərin məktəbli övladları Moldovaya göndəriləcək

“Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində şəhid və qazilərin məktəbli övladları Moldovaya göndəriləcək Diasporla İş üzrə Dövlət Komitəsinin “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində şəhid və qazilərin məktəbli övladları Moldovaya göndəriləcək.
Diaspor
30 Dekabr , 2024 12:50
“Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində şəhid və qazilərin məktəbli övladları Moldovaya göndəriləcək
Fuad Muradov

Diasporla İş üzrə Dövlət Komitəsinin “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində şəhid və qazilərin məktəbli övladları Moldovaya göndəriləcək.

Bunu Report”a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

“Şəhid və qazilərimizin məktəbli övladlarının qardaşlaşmış məktəblərə müəyyən müddət üçün səfərini təşkil edirik. İsveçrəyə belə bir səfər təşkil olunub, növbəti səfər isə Moldovaya olacaq”, - sədr qeyd edib.

F.Muradov bildirib ki, həm “Qardaşlaşmış məktəblər”, həm də Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilən “Diaspor Gənclərinin Yay Düşərgələri” layihəsi artıq ənənəvi hal alıb və uğurlu nəticələrlə müşayiət olunur:

Yaxın illərdə bu layihələrin davamlılığını təmin etmək niyyətindəyik. Diasporun təklifləri əsasında Azərbaycan evlərinin, həftəsonu məktəblərinin sayının artırılması da yaxın illər üçün fəaliyyət planına daxildir. Ümumiyyətlə, diasporun şəbəkələşməsi, yeni platformalar üzərindən daha sıx birləşməsi, vətənlə əlaqələrinin daha intensiv olması, yaşadıqları cəmiyyətlərə uğurlu inteqrasiyası üçün yeni mexanizmlər yaradılır”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi