Parisdə beynəlxalq itkin düşmüşlər gününə həsr edilmiş tədbir keçirilib

Parisdə beynəlxalq itkin düşmüşlər gününə həsr edilmiş tədbir keçirilib Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Fransanın paytaxtı Parisdə beynəlxalq itkinlər gününə həsr edilmiş tədbir keçirilib.
Diaspor
9 Sentyabr , 2021 00:15
Parisdə beynəlxalq itkin düşmüşlər gününə həsr edilmiş tədbir keçirilib

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə beynəlxalq itkin düşmüşlər gününə həsr edilmiş tədbir keçirilib.

“Report”un Fransa bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, YUNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev, fransalı deputatlar, vəkillər, jurnalistlər, Azərbaycan diasporunun nümayəndələri və digər şəxslər iştirak ediblər.

Səfir Rəhman Mustafayev qonaqlara Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş azərbaycanlıların tapılması üçün Azərbaycanın beynəlxalq səviyyədə gördüyü tədbirlər haqqında məlumat verib, azərbaycanlı ailələrin öz övladlarının, yaxınlarının yolunu hələ də gözlədiyini bildirərək, bu məsələnin böyük əhəmiyyətini qonaqların diqqətinə çatdırıb.

R.Mustafayev regionda təhlükəsizliyin təmin olunması naminə sülhün bərpa olunmasının bu gün prioritet məsələlərdən olduğunu bildirib və bu yolda dost ölkələrin, habelə Fransanın iştirakının vacibliyini vurğulayıb.

Tədbir konsert proqramı ilə davam edib. Pianoda Etibar Əsədli, tütək və balabanda Səddam Novruzbəyov, skripkada Alba Obert Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər.

Son xəbərlər

Orphus sistemi