Nyu-Yorkda Azərbaycan-Amerikan Tibb Assosiasiyasının ikinci ümumi toplantısı keçirilib

Nyu-Yorkda Azərbaycan-Amerikan Tibb Assosiasiyasının ikinci ümumi toplantısı keçirilib ABŞ-nin Nyu-York şəhərində Azərbaycan-Amerikan Tibb Assosiasiyasının ikinci ümumi toplantısı keçirilib.
Diaspor
2 Sentyabr , 2024 07:51
Nyu-Yorkda Azərbaycan-Amerikan Tibb Assosiasiyasının ikinci ümumi toplantısı keçirilib

ABŞ-nin Nyu-York şəhərində Azərbaycan-Amerikan Tibb Assosiasiyasının ikinci ümumi toplantısı keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, Nyu-Yorkda fəaliyyət göstərən "Türk Evi"ndə baş tutan konfransda onlarla ABŞ-da çalışan azərbaycanlı həkim, eləcə də dünyanın bir çox ölkələrində fəaliyyət göstərən azərbaycanlı həkimlər növbəti dəfə bir araya gəlib.

Görüşdə açılış nitqi ilə çıxış edən Azərbaycan-Amerikan Tibb Assosiasiyasının prezidenti Səbinə Hacıyeva qonaqları salamlayıb və uğurlar diləyib.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim toplantının əhəmiyyətinə diqqət çəkib və ABŞ-də səhiyyə sahəsində çalışan peşəkar azərbaycanlı həkimlərin ölkəmizi yüksək səviyyədə təmsil etdiyini deyib. O, xüsusilə 44 günlük Vətən müharibəsində Amerikadakı Azərbaycanlı həkimlərin Vətən üçün əllərindən gələn bütün dəstəyi ortaya qoyduqlarını deyib.

Görüşdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edib. O, Diasporla İş üzrə Dövlət Komitəsinin bu kimi tədbirlərə davamlı dəstəyindən söz açıb. Sədr müavini Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyanın paytaxtı Berlində Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu keçiriliyi və bu görüşlərdən əldə olunan uğurlardan qeyd edib. E.Əliyev komitənin Vətəndən uzaqda yaşayan hər bir azərbaycanlıya diqqət və qayğı göstərdiyini deyib, həmvətənlərimizin ölkədən uzaqda uğurlu fəaliyyəti və şəbəkələşməsi üçün reallaşan layihələri diqqətə çatdırıb. O, ötən gün Vaşinqtonda baş tutan Amerika-Azərbaycan Gənclərinin ilk forumu barəsində qonaqlara məlumat verib və görüşün olduqca uğurlu keçdiyini bildirib. E.Əliyev ABŞ-nin qabaqcıl tibb müəssisələrində çalışan həkimlərimizin bu kimi görüşlərdə bir araya gəlməsinin inkişafda olan Azərbaycan səhiyyəsinə böyük töhfə verəcəyini bildirib. Sədr müavini bu kimi görüşlərin mütəmadi olacağını vurğulayıb.

Görüşdə ABŞ-də fəaliyyət göstərən tanınmış həkim və Azərbaycan-Amerikan Tibb Assosiasiyasının qurucularından olan Rauf Şahbazov çıxış edib. O, Assosiasiyasının yaranma tarixcəsindən, ötən müddət ərzində əldə olunan uğurlardan və gələcək planlarından bəhs edib. Qeyd edib ki, assosiasiya fəaliyyətləri sadəcə ABŞ-də çalışan həkimlərin şəbəkələşməsi deyil, həmçinin Azərbaycanda olan həkimlərin müxtəlif mübadilə proqramlarına cəlb olunması ciddi layihələr və müxtəlif təqayüd proqramları həyata keçirildiyini deyib. O, Azərbaycan Amerikaya gəlmiş tibb işçilərinin qarşısına çıxan imkanlardan və üzləşdikləri çətinliklərdən danışıb, onların əldə etdiyi uğurlarından bəhs edib. R.Şahbazov əlavə edib ki, assosiasiya gələcəkdə tanınmış azərbaycanlı həkimlərin adını daşıyan təqayüd proqramlarının təsis olunacağını, Qarabağda gedən yenidən bərpa prosesinə dəstək verəcəklərini, müxtəlif peşə sahələrinin təsisi və Qarabağ Universitetinə ABŞ-də yaşayan həkimlərin də tövhə verəcəyini deyib.

Tədbirdə təşkilatın gələcək fəaliyyət planları müzakirə olunub və azərbaycanlı həkimlərin birlikdə şəbəkələşməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinin də dəstəyini qeyd edıb.

Görüşdə həmçinin son illərdə tibbin müxtəlif sahələrində əldə olunan uğurlarından və dünyanın qabaqcıl səhiyyə müəssisələrində işləyən azərbaycanlı həkimlərin fəaliyyətləribdən danışılıb. Tədbir gün ərzində bir çox vacib mövuzlar ətrafından müzakirələr və fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi