Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu-York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçirilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, dinc aksiya Nyu-Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutub.
Əllərində Azərbaycan və Türkiyə bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar tutan həmvətənlərimiz BMT-dən ədalət tələb edirlər.
Onlar ətrafdan keçən yerli və xarici diplomatları, yerli və beynəlxalq ictimayyətin nümayəndələrini Ermənistanın Azərbaycanın tarixi torpaqlarında apardığı işğalçılıq siyasəti haqqında məlumatlandırıblar.
Nümayişdə çıxış edən gənclər BMT-dən qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb ediblər.
Aksiya iki saat davam edib və Nyu-York polisi aksiyada iştirak edən azərbaycanlıların təhlükəsizliyini təmin edib.