Niderlandda Türkiyə və Azərbaycan diaspor təşkilatları Xocalı Komitəsi yaradıb

Niderlandda Türkiyə və Azərbaycan diaspor təşkilatları Xocalı Komitəsi yaradıb Niderlandda Xocalı faciəsi qurbanlarının xatirəsi yad ediləcək
Diaspor
17 Fevral , 2017 18:07
Niderlandda Türkiyə və Azərbaycan diaspor təşkilatları Xocalı Komitəsi yaradıb

Bakı. 17 fevral. REPORT.AZ/ Niderlandda Türkiyə və Azərbaycan diaspor təşkilatları Niderland Xocalı Komitəsi yaradıb.

Bu barədə "Report"a Niderlandda Azərbaycan Turk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın məlumat verib. 

İ.Aşkın bildirib ki, Niderlandda fəaliyyət göstərən beş təşkilat Xocalı Komitəsi adı altında birləşəcək: "Xocalı faciəsindən 25 il ötür. Biz, hər il olduğu kimi, bu il də fevralın 26-da Haaqa şəhərində Xocalı faciəsi qurbanlarının əziz xatirəsini yad edəcəyik. Niderlandda fəaliyyət göstərən "Ana Vətən", Niderland Azərbaycanlı Qadınlar Birliyi, "Odlar Yurdu" Cəmiyyəti, Niderland Azərbaycan Türk Kültür Dərnəyi, “Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” Cəmiyyəti və Avropa Azərbaycan Dostları Mərkəzi bu il Niderland Xocalı Komitəsi adı altında Xocalı faciəsini birlikdə yad edəcək. Xocalı faciəsinin şahidi, anasını o qanlı gecədə itirmiş, bir çox kitabların müəllifi və dövlət mükafatlarına layiq görülən Səriyyə Müslümqızı acı xatirələrini bizimlə paylaşacaq. Tədbirdə Haaqa Azərbaycan məktəbinin şagirdlərinin ifasında şerlər səslənəcək, "Odlar Yurdu" Cəmiyyətinin sədri  Firəngiz Bağırovanın Xocalı haqqında hekayəsi və Səriyyə Müslümqızının qısametrajlı filmi nümayiş etdiriləcək.Tədbirimiz Azərbaycan Niderland Türkiyə Kültür Dərnəyinin təşəbbüsü ilə Haaqada qoyulmuş Xocalı Monumentində başlayaraq Vailant Teatr binasında davam edəcək". 

Son xəbərlər

Orphus sistemi