Minnesota ştatında mərkəzi yolda Xocalı həqiqətlərini əks etdirən bilbord yerləşdirilib

Minnesota ştatında mərkəzi yolda Xocalı həqiqətlərini əks etdirən bilbord yerləşdirilib Nəhəng rəqəmsal lövhə iki həftə ərzində ərazidə qalacaq
Diaspor
25 Fevral , 2021 09:30
Minnesota ştatında mərkəzi yolda Xocalı həqiqətlərini əks etdirən bilbord yerləşdirilib

"Xocalıya ədalət” (Justice for Khojaly) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada çatdırılması məqsədi ilə ABŞ-ın Minnesota ştatının mərkəzi yollarından birinin üzərində Xocalı həqiqətlərini əks etdirən rəqəmsal bilbord yerləşdirilib.

Bu barədə “Report”un yerli bürosuna Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis məlumat verib.

O bildirib ki, layihə Minnesota Azərbaycan Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

G. Rallis qeyd deyib ki, sözgedən bilbord ştat üçün xüsusi starateji əhəmiyyətə malik gediş-gəliş yolunun kənarında qoyulub:

“Ərazini təsadüfi seçməmişik. Rəqəmsal bilbordun qoyulduğu yol gediş-gəliş olmaqla magistral avtomobil yoludur. Həmin yol ştatın ən nəhəng və məşhur ticarət mərkəzi olan “Ridgedale”ə çıxır. Eyni zamanda sözügedən yol ştatın ən böyük şəhəri olan Minneapolisə getmək üçün istifadə olunur. Rəsmi göstəricilərə görə, hər il həmin yoldan bir milyon nəqliyyat vasitəsi keçir”.

G. Rallis nəhəng rəqəmsal lövhə iki həftə ərzində ərazidə qalacağını bildirib:

“Rəqəmsal bilbordda ermənilərin Xocalıda törətdiyi cinayətləri elə ordan lentə alınmış şəkillər və məlumatları təqdim etdik. Ümid edirik ki, əsrin ən böyük faciəsinə ABŞ ictimaiyyəti biganə qalmayacaq”.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi