Kiyevdə Azərbaycanın Respublika Gününə həsr olunmuş simfonik konsert təşkil olunub - VİDEO

Kiyevdə Azərbaycanın Respublika Gününə həsr olunmuş simfonik konsert təşkil olunub - VİDEO Kiyevdə Ukrayna Milli Flarmoniyasnın binasında Azərbaycanın Respublika Gününə həsr olunan simfonik konsert təşkil olunub.
Diaspor
110
28 May , 2021 10:46
Kiyevdə Azərbaycanın Respublika Gününə həsr olunmuş simfonik konsert təşkil olunub - VİDEO

Kiyevdə Ukrayna Milli Filarmoniyasının binasında Azərbaycanın Respublika Gününə həsr olunan simfonik konsert təşkil olunub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, konsert Birləşmiş Ukrayna Azərbaycanlıları Diasporu (UABD) təşkilatı tərəfindən həyata keçirilib.

Konsertdən əvvəl çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Respublika Günündən danışaraq bildirib ki, təşkil olunan konsert eyni zamanda mədəniyyətimizin Ukraynada təbliğ formalarındandır. O, Ukrayna-Azərbaycan münasibətlərində bu kimi tədbirlərin mədəni əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb.

Tədbirdə iştirak edən Kiyev şəhəri meri Vitali Kliçko isə Ukraynada azərbaycanlıların fəallığından danışıb. Mer Bakıda olduğunu xatırladaraq bildirib ki, o, Azərbaycan paytaxtını daim müsbət emosiyası ilə xatırlayır. V. Kliçko Bakıdakı Bayraq Meydanından nümunə çəkərək bildirib ki, onunla tanışlıqdan sonra Kiyevdə də oxşar quruluşda Ukrayna Bayraq Meydanı inşa edilib. V. Kliçko Azərbaycanı, bütün azərbaycanlıları Respublika Günü münasibəti ilə təbrik edib.

UABD sədri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov da tədbirin əhəmiyyətindən danışaraq Respublika Günü ilə bağlı təbriklərini çatdırıb.

Tədbirdə eyni zamanda Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Ali Radanın deputatları Aleksandr Merejko, Refat Çubarov, Azərbaycan diasporunun nümayəndələri, Ukrayna Azərbaycanlıları Radasının baş katibi Cəlal Hüseynov, Ukrayna Kikboksinq Federasiyasnın vitse-prezidenti, UABD sədr müavini Elşad İbrahimov, “SOCAR Ukraine” nümayəndələri, yerli ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.

Daha sonra tədbir Bakıdan dəvət olunmuş Azərbaycan Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə “Kiyev kameratası” Milli Ansamblın solistlərinin ifasında Azərbaycan, Ukrayna və Avropa klassik musiqi nümunələri ilə davam edib. Konsertdə azərbaycanlı tarzən Orxan Zeynalov da milli musiqi nömrələri ilə çıxış edib.

Son xəbərlər

Orphus sistemi