Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda koronavirusa yoluxanların sayı 56-ya çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bunu rayon meri Ramaz Budaqaşvili bildirib.
Onun sözlərinə görə, halların 36-sı Qaracalar kəndində qeydə alınıb: “Son sutkada kənddə koronavirusa 5 yeni yoluxma halı təsdiqlənib”.
Mer kənd əhalisi arasında kütləvi testləmənin davam etdirildiyini deyib.
Qeyd edək ki, Qaracalar iyulun 24-dən “qırmızı zona” elan edilib. Kəndə giriş-çıxış bağlanıb, sərt karantin tədbirləri həyata keçirilir.