Gürcüstanda koronavirus diaqnozu qoyulan 10 aylıq azərbaycanlı uşağın ailəsi narazıdır

Gürcüstanda koronavirus diaqnozu qoyulan 10 aylıq azərbaycanlı uşağın ailəsi narazıdır Gürcüstanın Telavi rayonunun Qaracala kəndində koronavirusun təsdiqləndiyi 10 aylıq uşağın ailə üzvləri diaqnozun düzgünlüyünə şübhə edirlər.
Diaspor
17 İyul , 2020 10:48
Gürcüstanda koronavirus diaqnozu qoyulan 10 aylıq azərbaycanlı uşağın ailəsi narazıdır

Gürcüstanın Telavi rayonunun Qaracala kəndində koronavirusun təsdiqləndiyi 10 aylıq uşağın ailə üzvləri diaqnozun düzgünlüyünə şübhə edirlər.

“Report”un yerli bürosu xəbər verir ki, onlar məsələ ilə bağlı həkimlərdən şikayət etmək niyyətindədirlər.

Uşağın yaxınları onun qidadan zəhərləndiyini ehtimal edirlər. Ailə üzvlərinin heç birində COVID-19 aşkarlanmayıb.

Körpə hazırda Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasında müalicə olunur. Vəziyyəti sabit qiymətləndirilir.

Qeyd edək ki, azərbaycanlı uşağa koronavirus diaqnozu iyulun 15-də qoyulub. Yoluxma mənbəyi hələ müəyyən edilməyib. 

Son xəbərlər

Orphus sistemi