Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə COVID-19-a yoluxanların sayı artdı

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə COVID-19-a yoluxanların sayı artdı Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) kəndində son iki gündə koronavirusa 20 yeni yoluxma halı təsdiqlənib.
Diaspor
31 May , 2020 10:54
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə COVID-19-a yoluxanların sayı artdı

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) kəndində son iki gündə koronavirusa 20 yeni yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bununla da kənddə COVID-19-a yoluxanların sayı 73-ə çatıb.

Mayın 29-dan etibarən Muşevani əhalisi kütləvi şəkildə koronavirusla bağlı testdən keçirilir. İndiyədək kənddən 574 nəfərin bioloji materialı Tbilisidəki Luqar laboratoriyasına göndərilib.

Bolnisi rayonu üzrə virusa yoluxanların ümumi sayı 183 nəfər təşkil edir. Onların 83-ü sağalıb, 3-ü isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda fövqəladə vəziyyət rejiminin mayın 23-dən ləğv olunmasına baxmayaraq, Muşevani kəndində aprelin 25-dən etibarən sərt karantin rejiminin tətbiqi davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi