Gürcüstanda azərbaycanlı məktəblilər inşa müsabiqəsində yarışacaqlar

Gürcüstanda azərbaycanlı məktəblilər inşa müsabiqəsində yarışacaqlar Tbilisi. 7 mart. REPORT.AZ/ Gürcüstanda məktəblilər arasında “Gələcəyin avropalısı” adlı inşa müsabiqəsi elan olunub.
Diaspor
7 Mart , 2019 12:42
Gürcüstanda azərbaycanlı məktəblilər inşa müsabiqəsində yarışacaqlar

Tbilisi. 7 mart. REPORT.AZ/ Gürcüstanda məktəblilər arasında “Gələcəyin avropalısı” adlı inşa müsabiqəsi elan olunub.

“Report”un yerli bürosu xəbər verir ki, müsabiqəni Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman və Xarici İşlər nazirlikləri birgə təşkil edib.

Yazı müsabiqəsi bütün məktəblərin 9-12-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Azərbaycanlı, erməni və digər milli azlıqlardan olan məktəblilər də müsabiqədə iştirak edə bilərlər.

Yarışma Gürcüstanın Avropa Şurasına (AŞ) üzvlüyünün 20-ci ildönümü və qurumun yaradılmasının 70-ci illiyinə həsr olunub.

Müsabiqəyə təqdim olunan inşalar gürcü dilində sərbəst üslübda yazılmalı və şagirdlərin avropalı gələcəyi necə gördüklərini əks etdirməlidir.

Yarışmanın sonunda ən yaxşı 20 inşa seçiləcək və müəlliflər hədiyyələrlə təltif olunacaqlar. Dörd nominasiya üzrə seçiləcək qaliblər isə Strasburqda AŞ-nin 70 illiyinə həsr olunacaq mərasimdə diplomlarla mükafatlandırılacaqlar.

Son xəbərlər

Orphus sistemi