Gürcüstanda azərbaycanlı əsgər bıçaqlanıb

Gürcüstanda azərbaycanlı əsgər bıçaqlanıb Gürcüstanın Qori şəhərində 18 yaşlı gənc bıçaqlanıb.
Diaspor
121
26 Noyabr , 2019 17:10
Gürcüstanda azərbaycanlı əsgər bıçaqlanıb

Gürcüstanın Qori şəhərində 18 yaşlı gənc bıçaqlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə ötən gecə şəhər restoranlarının birində baş verib.

Qarın nahiyəsindən bıçaqlanan gənc hazırda hərbi xidmətdədir. Hadisə vaxtı o, məzuniyyətdə olub.

Yerli mətbuatın yazdığına görə, bıçaqlanan əsgər Marneuli rayonundan olan etnik azərbaycanlıdır. Həkimlər onun durumunu ağır kimi qiymətləndirirlər. O, təcili əməliyyat olunub.

Gənci bıçaqlayan şəxs “isti izlər”lə saxlanılıb.

Faktla bağlı qəsdən adamöldürməyə cəhd maddəsi üzrə cinayət işi açılıb, istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi