Gürcüstan ombudsmanı Dmanisi hadisələrinə reaksiya verib

Gürcüstan ombudsmanı Dmanisi hadisələrinə reaksiya verib Gürcüstan ombudsmanı Nino Lomcariya Dmanisi rayonunda baş verən hadisələrlə bağlı bəyanat yayıb
Diaspor
123
19 May , 2021 10:24
Gürcüstan ombudsmanı Dmanisi hadisələrinə reaksiya verib
Nino Lomcariya

Gürcüstan ombudsmanı Nino Lomcariya Dmanisi rayonunda baş verən hadisələrlə bağlı bəyanat yayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, xalq müdafiəçisi bu cür halların qarşısını almaq üçün vətəndaş inteqrasiyası prosesinin gücləndirilməsinə ehtiyacın olduğunu bildirib.

N.Lomcariya qeyd edib ki, insident zamanı hüquq mühafizə orqanlarının reaksiyası effektiv olmayıb: “Mübahisə iştirakçıları polisin gözü qarşısında bir-birlərinə fiziki təzyiq göstəriblər. Polis əməkdaşları baş verənlərə vaxtında reaksiya verə və gərginliyi azalda bilməyiblər”.

Ombudsman Dmanisi hadisələrinin hərtərəfli araşdırılması və gələcəkdə bu cür insidentlərə yol verilməməsi üçün dövlət orqanlarını təxirəsalınmaz və effektiv addımlar atmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi