Gürcüstan hökuməti “Report”un qaldırdığı problemin həlli ilə bağlı qərar verib

Gürcüstan hökuməti “Report”un qaldırdığı problemin həlli ilə bağlı qərar verib Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibi Nəriman Nərimanovun adını daşıyan parkda bərpa işləri aparılacaq.
Diaspor
14 May , 2021 12:57
Gürcüstan hökuməti “Report”un qaldırdığı problemin həlli ilə bağlı qərar verib

Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibi Nəriman Nərimanovun adını daşıyan parkda bərpa işləri aparılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, işlər Gürcüstan hökumətinin “Yenilənən bölgələr” proqramı çərçivəsində həyata keçiriləcək.

Dövlət proqramında Kvemo Kartli regionunun Rustavi şəhəri, Bolnisi, Qardabani, Dmanisi, Tetritskaro və Tsalka bələdiyyələrində də bir sıra infrastruktur layihələrin icrası nəzərdə tutulub.

Qeyd edək ki, Marneuli rayon Bələdiyyəsinin binası qarşısında yerləşən istirahət məkanındakı N.Nərimanovun abidəsi ötən il mayında əsaslı bərpa olunub, lakin park uzun illərdir baxımsız vəziyyətdədir. Bununla bağlı “Report”un araşdırma yazısı olub.

Son xəbərlər

Orphus sistemi