“Ukraynanın digər vilayətlərində olduğu kimi Donetsk vilayətində də çoxmillətli şəhərlərimiz var. Bu azsaylı millətlər arasında azərbaycanlılar çox fəaldırlar”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
O qeyd edib ki, Ukrayna vətəndaşı olan azərbaycanlılar müharibə başlayanda vilayəti tərk etməyiblər:
“Bizim azərbaycanlı sakinlərimiz müharibə müddətində nəinki buranı tərk etmədi, hətta bəzilərindən fərqli olaraq öz ikinci vətənlərini müdafiə etməyə başladılar. Onların çoxu Ukrayna ərazisində doğulmayıblar, amma uzun illərdir burada yaşayırlar və buranı ikinci vətən hesab edirlər. Bu cür hallar burada çoxdur. Ukrayna onun uğrunda döyüşən vətənpərvərlərə həmişə minnətdardır. Mütləq deyil milliyyətcə ukraynalı olsun, əsas odur o, milliyyətindən asılı olmayaraq, yaşadığı suveren Ukraynanı sevən insandır”, - o əlavə edib.