Diaspor rəhbəri: “Avropada yeni koordinasiya şuralarının yaradılması azərbaycanlıları böyük güc halına gətirəcək”

Diaspor rəhbəri: “Avropada yeni koordinasiya şuralarının yaradılması azərbaycanlıları böyük güc halına gətirəcək” Bakı. 9 oktyabr. REPORT.AZ/ “Avropada azərbaycanlıların koordinasiya şuralarının yaradılması, azərbaycanlıların birləşərək yeni mərkəzdə cəmlənməsi diasporda yeni və böyük bir hərakatın başlanğıcıdır”.
Diaspor
9 Oktyabr , 2018 11:54
Diaspor rəhbəri: “Avropada yeni  koordinasiya şuralarının yaradılması azərbaycanlıları böyük güc halına gətirəcək”
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ “Avropada azərbaycanlıların koordinasiya şuralarının yaradılması, azərbaycanlıların birləşərək yeni mərkəzdə cəmlənməsi diasporda yeni və böyük bir hərakatın başlanğıcıdır”. 

Bunu “Report”a açıqlamasında "Heydər Əliyev adına Dünya Boks Komitəsi"nin (“World Boxing Committee Haydar Aliyev-WBCA) və Almaniyada “Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin sədri Yaşar Niftəliyev bildirib. 

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun rəhbərliyi ilə nümayəndə heyətinin Almaniya, Fransa və İsveçrəyə son səfərləri ərəfəsində baş tutan toplantılardan və tədbirlərdən danışan Y. Niftəliyev bildirib ki, bu, Avropada azərbaycanlılar arasında birlik əhval ruhiyyəsini yaradıb: “Azərbaycanlıların koordinasiya şuralarında birləşməsi, bunun çərçivəsində dil kurslarının, Azərbaycan məktəblərinin yaradılması diaspor hərəkatında ciddi dönüş yaradıb. Artıq pərakandə, irili-xırdalı tək-tək təşkilatlar halında yox, vahid qüvvə ilə - Koordonasiya Şurası (KŞ) olaraq fəaliyyət göstərəcəyik ki, bu da Avropada azərbaycanlıların istənilən proseslərdə iri güc olmasından xəbər verəcək. Son üç-dörd ayda Dövlət Komitəsi tərəfindən Avropada diaspor sahəsində olduqca mühüm addımların atılması burada yaşayan azərbaycanlıları yeni təkliflər ətrafında düşünməyə həvəsləndirir. Konkret metodlardan düzgün istifadə edilməsi, gənclər hərəkatına önəm verilməsi, lobbiçiliklə bağlı yeni yeni addımlar və sair yaxın illərdə Azərbaycan diasporunda ciddi qələbələrdən xəbər verir. Qısa müddətdə ən vacib məsələ olan azərbaycanlıların birləşdirilməsi kimi məsələdə əldə olunan nailiyyətlər, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin bu isiqamətdə qətiyyətindən xəbər verir ki, bu da digər məsələlər üçün bizdə ciddi ümid yaradır”. 

Qeyd edək ki, son aylar DİDK sədri Fuad Muradovun rəhbərliyi ilə dünyanın bir sıra ölkələrinə səfərlər edilərək azərbaycanlıalrın birləşdirilməsi işinə start verilib. Artıq ötən həftə Almaniyaİsveçrə və Fransada azərbaycanlıların Koordinasiya Şuraları yaradılıb, fəaliyyət planları tərtib edilib. 

Mübariz Aslanov

Son xəbərlər

Orphus sistemi