Diaspor rəhbəri: “Avropada Azərbaycan diasporu ilə bağlı yeni metodlar nəticə verir”

Diaspor rəhbəri: “Avropada Azərbaycan diasporu ilə bağlı yeni metodlar nəticə verir” “Artıq 10-15 nəfəri toplayıb şablon tədbirlər keçirmək zamanı deyil”
Diaspor
7 Sentyabr , 2018 16:01
Diaspor rəhbəri: “Avropada Azərbaycan diasporu ilə bağlı yeni metodlar nəticə verir”

Bakı. 7 sentyabr. REPORT.AZ/ Almaniyada “Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin və "Heydər Əliyev adına Dünya Boks Komitəsi"nin (“World Boxing Committee Haydar Aliyev-WBCA) sədri Yaşar Niftəliyevin "Report"a müsahibəsi:

- Azərbaycan diasporunun son vaxtlar yeni mərhələyə, daha geniş spektrdə hərəkətə keçdiyi deyilir. Avropada, xüsusən Almaniyada bu özünü nədə və necə göstərir?

- Ümumiyyətlə, azərbaycanlıların diaspor tarixi uzaq keçmişə təsadüf etsə də, tarixən yaranan fasiələlər bunun inkişafına imkan verməyib. Amma sonuncu mərhələ Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ilk dəfə olaraq ən fəal və uzunmüddətli mərhələyə keçib. Diasporda köklü dönüş yaranıb. Ümumilli lider Heydər Əliyev xaricə səfərləri zamanı müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla görüşərək onların qayğı və arzuları ilə maraqlanıb, yeni müstəqillik qazanmış tarixi vətənimizin xaricdə tanıdılması üçün dəyərli tövsiyələrini və dəstəyini verib.

Dünya Azərbaycanlılarının 1-ci qurultayının təşkili bu işlərin parlaq nümunəsi oldu. Bu qurultayda azərbaycanlıların vahid ideya ətrafında birləşməsinin, gələcəyə istiqamətlənmiş vacib ideyaların praktiki olaraq əsası qoyuldu.

Əsas prioritetlərdən biri o idi ki, xaricdəki həmvətənlərimizin yaşadıqları ölkələrdə inteqrasiyasının dinamikləşməsi, Azərbaycan həqiqətlərinin geniş yayılması mütəmadi olsun. Nəzərə alaq ki, xaricdəki azərbaycanlıların, xüsusilə də Avropadakı azərbaycanlıların tam əksəriyyəti məhz Azərbaycan müstəqillik qazandıqdan sonra köç ediblər.

Mən Almaniyada, ümumiyyətlə, son vaxtlar Azərbaycan diasporunun yeni fəaliyyətini yeni mərhələ kimi adlandırmazdım. Bunu Azərbaycan diasporunun həmrəylik nümayişl etdirməsi, yeni metdolardan istifadə etməsi dövrü adlandırardım. Avropada Almaniya da daxil olmaqla yeni metodların diasporda istifadə olunması artıq nəticə etibarı ilə özünü biruzə verməkdədir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avropanın bir sıra ölkələrində həmvətənlərimizlə etdiyi son görüşlər, müzakirələr və alınan qərarlar ciddi canlanmaya səbəb olub. Bu, indi lobbiçiliyin dirçəlməsində özünü göstərir.

- Almamiyada azərbaycanlıların lobbi hərəkatı nə yerdədir? Bununla hansı nümunələr üzərindən tanış ola bilərik?

- Ümumiyyətlə, lobbiçilik məsələsi ilə bağlı onu deyə bilərəm ki, bu, biz azərbaycanlılar üçün yeni mərhələdir. Səbəbini yuxarıda sadaladım. Müstəqillikdən sonra yeni addımlar və sair. Biz azərbaycanlılar yeni-yeni Avropada təkamülləşərək yerli idarəetmə ilə, seçkili orqanlarla sıx ünsiyyət yaradırıq, dostlar qazanırıq. Bunlar indi-indi öz nəticəsini verməkdədir. Artıq bir neçə bölgələrdə azərbaycanlılar özləri yerli qurumlara seçilirlər, təyin olunurlar və sair. Diaspor sahəsində tətbiq edilən yeni metodlar əminəm ki, lobbiçiliyi də sürətləndirəcək. Ən başlıcası gənclərimizin yerli partiyalara üzv olması aktual məsələyə çevrilib və gündəmdədir. Əsas inteqrasiyanın güclü olmasıdır. Əks halda lobbiçilik zəig inkişaf edər.

- Siz daha çox beynəlxalq boks yarışlarının keçirilməsi üzərində diaspor fəaliyyəti ilə məşğulsunuz. Fəaliyyətimiz indi hansı mərhələdədir? Hansı yeniliklər var?

- Əlbəttə, idman elə bir təbliğat üslubudur ki, lazım olan bütün meyarları yerli cəmiyyətə çatdıra bilirik. Ona görə də mən gücümü idman tədbirlərinə, mediaya yönəltmişəm. Artıq içərmizdə 10-15 nəfəri toplayıb şablon tədbirlər keçirmək zamanı deyil. Daha fərqli, daha geniş miqyasa önəm veririk. Gücümüzü yerli əhali ilə müxtəlif layihələrə yönəldirik. Yeri gəlmişkən, bunu da lobbiçiliyin bir qolu hesab etmək olar.

Yeni planlarımız idmanda çoxdur. Planlarımızdan biri də odur ki, növbəti ildən Azərbaycan idmançılarının sayını rəhbərlik etdiyimiz “World Boxing Committee Haydər Aliyev (WBCA)”də artırmaqdır. Buna nail olacağıma əminəm. Nail ola bilsək Azərbaycan diasporunun inkişafına və Avropada içimizdən çıxan bəzi arzu olunmaz şəxslərin yetişməsinin qarşısını almış olarıq. Yəni gənclərimizin sağlam yetişməsində, milli mənafeyimizə görə yüksək rol oynamasında yaxşı nəticələr əldə etmiş olarıq.

Mübariz Aslanov

Son xəbərlər

Orphus sistemi