Danimarkada Zəfər Günü qeyd edilib

Danimarkada Zəfər Günü qeyd edilib Danimarkanın Kopenhagen şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Diaspor
9 Noyabr , 2021 01:14
Danimarkada Zəfər Günü qeyd edilib

Danimarkada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, komitənin dəstəyi və bu ölkədə fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagen şəhərində baş tutan tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin, Azərbaycan, Türkiyə və türkdilli icmalarının nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını möhtəşəm bayram münasibətilə təbrik edib.

Tədbir konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi