Moskvada azərbaycanlıların toplaşdığı məscid icarəyə verən tərəfindən bağlanıb - VİDEO

Moskvada azərbaycanlıların toplaşdığı məscid icarəyə verən tərəfindən bağlanıb - VİDEO Azərbaycanlılar etiraz üçün məscidin qarşısına toplaşıblar
Diaspor
11 Yanvar , 2019 13:46
Moskvada azərbaycanlıların toplaşdığı məscid icarəyə verən tərəfindən bağlanıb - VİDEO

Moskva. 11 yanvar. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvanın Otradnıy rayonunda azərbaycanlılara məxsus “İnam” cümə məscidi bağlanıb və cümə namazına heç kim buraxılmır.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, məscid onu azərbaycanlılara icarəyə verən tatar mənşəli Rəşid adlı sahibi tərəfindən bağlanıb.

Hazırda məscidin qarşısında buna etiraz edən azərbaycanlı inanclılarla görüşə gəlməyən sahibi bağlamağına səbəb olaraq icarə haqqının onu qane etmədiyi ismarıcını göndərib.

Hazırda polis məscidin ətrafını nəzarətə götürüb, hər hansı qarşıdurmanın baş verməməsi üçün keşik çəkir.

Qeyd edək ki, “İnam” məscidi azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məsciddir.

İqbal Rüstəmov


Son xəbərlər

Orphus sistemi