Polşada azərbaycanlıların Məlumat və Hüquqi Yardım Mərkəzi yaradılıb

Polşada azərbaycanlıların Məlumat və Hüquqi Yardım Mərkəzi yaradılıb Varşava. 21 yanvar. REPORT.AZ/ Polşada yaşayan və təhsil alan azərbaycanlıların problemlərinin həllinə dəstək məqsədi ilə ölkədə Məlumat və Hüquqi Yardım Mərkəzi yaradılıb.
Diaspor
21 Yanvar , 2019 15:15
Polşada azərbaycanlıların Məlumat və Hüquqi Yardım Mərkəzi yaradılıb

Varşava. 21 yanvar. REPORT.AZ/ Polşada yaşayan və təhsil alan azərbaycanlıların problemlərinin həllinə dəstək məqsədi ilə ölkədə Məlumat və Hüquqi Yardım Mərkəzi yaradılıb.

Polşa Azərbaycanlıları Birliyinin (PAB) sədri Cavid Zeynalov “Report”un Varşava bürosuna bildirib ki, Mərkəz Birliyin nəzdində yaradılıb.

O qeyd edib ki, son illər Azərbaycandan Polşaya təhsil və işləmək məqsədi ilə gələnlərin sayında artım var: “Bu da müxtəlif problemlər də yaradır. Bakıda Polşaya iş və təhsil imkanı yaratmaq adı altında çalışan bir sıra şirkətlərin məsuliyyətsizlikləri üzündən həmvətənlərimiz bu ölkəyə gələrək ciddi problemlərlə üz-üzə qalırlar. Hətta bəziləri qalmağa yer tapmadığı üçün şəhərin mərkəzində gecələməli olurlar. Bunlarla bağlı bizə mütəmadi olaraq müraciətlər daxil olur. Bütün bunları nəzərə alaraq, biz Məlumat və Hüquqi Yardım Mərkəzi yaratmaq qərarına gəldik”.

Mərkəz "Qaynar Xətt” i də işə düşüb:

- Telefon: +48722 789 789 (Whatsapp)

- Ünvan: Aleja stanow zjednoczonych 6 , 04-028; Polşa, Varşava.

Son xəbərlər

Orphus sistemi