Azərbaycanlı diaspor rəhbəri ABŞ-ın Kvins şəhərinin fəxri dostu seçilib

Azərbaycanlı diaspor rəhbəri ABŞ-ın Kvins şəhərinin fəxri dostu seçilib Ukraynada tanınmış azərbaycanlı ABŞ-ın Kvins şəhərinin fəxri dostu seçilib.
Diaspor
23 Oktyabr , 2021 10:20
Azərbaycanlı diaspor rəhbəri ABŞ-ın Kvins şəhərinin fəxri dostu seçilib

Ukraynada tanınmış azərbaycanlı ABŞ-ın Kvins şəhərinin fəxri dostu seçilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri və ABŞ-da yerləşən Dünya Diasporlar Assambleyasının həmsədri Rövşən Tağıyevə bu barədə Fərmanı Kvins əyalətinin prezidenti Donovan Riçards təqdim edib.

Kiyevə səfəri zamanı R. Tağıyev ilə görüşü zamanı təqdim etdiyi Fəxri diplomla rəhbərlik etdiyi şəhərin dostu elan edən əyalət prezidenti bildirib ki, bu seçim 2,4 milyon şəhər sakinləri adından elan olunur.

O bildirib ki, R.Tağıyev bu seçimə dünyada və o cümlədən Ukraynada etnik xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində, BUAK-ın fəallığında oynadığı müstəsna rola görə layiq görülüb.

R.Tağıyev fəaliyyətinə verilən qiymətə görə şəhər prezidentinə və onun vasitəsilə sakinlərə dərin minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi