Azərbaycan diasporu ilə bağlı ilk dəfə 3 dildə yayımlanan xəbər portalı yaradılıb

Azərbaycan diasporu ilə bağlı ilk dəfə 3 dildə yayımlanan xəbər portalı yaradılıb Bakı. 23 may. REPORT.AZ/ Avropada Azərbaycan diasporu ilə bağlı informasiya mərkəzi və ilk dəfə olaraq üç dildə yayımlanan informasiya portalı (www.diaspornews.az) yaradılıb.
Diaspor
23 May , 2018 16:28
Azərbaycan diasporu ilə bağlı ilk dəfə 3 dildə yayımlanan xəbər portalı yaradılıb
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ Avropada Azərbaycan diasporu ilə bağlı informasiya mərkəzi və ilk dəfə olaraq üç dildə yayımlanan informasiya portalı (www.diaspornews.az) yaradılıb.

"Report" xəbər verir ki, mərkəz və informasiya portalı Polşada Azərbaycanlı Gənclər Şurasının təsisçiliyi ilə Niderland, Almaniya, Skandinaviya ölkələri, Ukrayna və digər ölkələrdə yaşayan azərbaycanlı gənc fəallar tərəfindən yaradılıb.

Azərbaycan diasporu ilə bağlı xəbər, reportaj, araşdırma və müəllif yazıları əhatə edəcək portal diaspor sahəsində, o cümlədən mediada tanınmış bir qrup azərbaycanlı jurnalistlərin dəstəyi ilə ərsəyə gəlib. 

Qeyd edək ki, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməddir.

Son xəbərlər

Orphus sistemi