Almaniyada bələdiyyə seçkilərində azərbaycanlının namizədliyi qeydə alındı

Almaniyada bələdiyyə seçkilərində azərbaycanlının namizədliyi qeydə alındı Almaniyada bu ilin oktyabrın 9-da keçiriləcək bələdiyyə seçkilərində azərbaycanlının da namizədliyi qeydə alınıb.
Diaspor
908
26 May , 2020 11:03
Almaniyada bələdiyyə seçkilərində azərbaycanlının namizədliyi qeydə alındı

Almaniyada bu ilin oktyabrın 9-da keçiriləcək bələdiyyə seçkilərində azərbaycanlının da namizədliyi qeydə alınıb.

“Report”un Avropa bürosunun məlumatına görə, bu, Müşəxxəs Sultanovdur.

Onun namizədliyi Oyskirxen torpaqlığı üzrə Almaniya Sosial Demokratlar Partiyası (SPD) tərəfindən irəli sürülüb. 

M.Sultanov 2006-cı ildən partiyanın üzvüdür. Azərbaycanlı namizəd seçiləcəyi təqdirdə torpaqlıqdakı 5 şəhərdən birinin başçısı olacaq.

M.Sultanov 1 sentiyabr 1967-ci ildə Bakıda anadan olub, Azərbaycan Neft Akademiyasını bitirib. 1999-cu ildən Almaniyada yaşayır, ölkədə ilk iş müqaviləsi Almaniya Şell Neftayırma birliyində mühəndis köməkçisi kimi olub. 2006-cı ildən Almaniyada otel və qastronom sahəsində sərmayələr yatırımına da başlayıb. Evlidir, iki övladı var.

Müşəxxəs Sulranov
Müşəxxəs Sulranov

Son xəbərlər

Orphus sistemi