Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib - FOTO

Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib - FOTO Paris. 22 dekabr. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edilib.
Diaspor
22 Dekabr , 2018 05:56
Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib - FOTO

Paris. 22 dekabr. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il bayramı qeyd edilib.

“Report“un Qərbi Avropa bürosunun məlumatına görə, tədbir Azərbaycanın Fransadakı səfirliyiYUNESKO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın Parisdəki Mədəniyyət Mərkəzində keçirilib.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, səfirliyn və YUNESKO yanında daimi nümayəndəliyin əməkdaşları, bu ölkədə yaşayan soydaşlarımız və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Rəhman Mustafayev bu il ərzində Fransa ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığa, həmçinin bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının əldə etdikləri nailiyyətlərə toxunaraq, sona çatmaq üzrə olan 2018-ci ilin çox uğurlu bir il olduğunu bildirib. Səfir qarşıdan gələn ildə diaspor təşkilatlarına və Fransada yaşayan həmvətənlərimizə bu il olduğu kimi böyük uğurlar arzu edib.

Tədbirin sonunda Azərbaycanın Fransadakı səfirliyi və “Ulduz“ Assosiasiyasının birgə təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş məqalə yarışmasının qalibi, Fransanın Tuluza şəhərində yaşayan və hüquqşünas kimi fəaliyyət göstərən Fidan Xəlilovaya jurinin mükafatı təqdim edilib. Müsabiqənin daha bir qalibi Azərbaycanda hüquqşünas kimi fəaliyyət göstərən Kamran Kazımov olub. 

Son xəbərlər

Orphus sistemi