Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qahirədə beynəlxalq elmi konfrans keçirib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qahirədə beynəlxalq elmi konfrans keçirib Bakı. 26 oktyabr. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Misirdə fəaliyyət göstərən Al-Azhar təşkilatı ilə birgə Qahirədə “İslam və Qərb” mövzusunda beynəlxalq konfrans keçirib.
Diaspor
26 Oktyabr , 2018 16:54
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qahirədə beynəlxalq elmi konfrans keçirib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Misirdə fəaliyyət göstərən Al-Azhar təşkilatı ilə birgə Qahirədə “İslam və Qərb” mövzusunda beynəlxalq konfrans keçirib. 

"Report" xəbər verir ki, Al-Azharın Böyük İmamı, 2018-ci ildə dünyanın ən nüfuzlu müsəlman lideri seçilmiş Ahmed el-Tayebin şəxsi dəstəyi ilə baş tutan konfransda islam dünyası və islam dini haqqında bəzi Qərb cəmiyyətlərində formalaşmış yanlış fikirlərlə bağlı dünyanın nüfuzlu siyasət və dövlət adamlarının məruzələri dinlənilib. Çıxış edənlər İslamın tolerantlıq və humanizm dini olduğunu vurğulayıblar. 

Qeyd olunub ki, İslam dini bəşəri dəyərlərə, dünyada sülhün, təhlükəsizliyin, fərdi azadlıqların təmin olunmasına xidmət edir. İştirakçıları Mərkəzin təşəbbüsü ilə keçirilən bu tədbirin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğulayıblar.

Beynəlxalq konfransda sabiq dövlət başçıları - Petar Stoyanov (Bolqarıstan), Valdis Zatlers (Latviya), Zlatko Lagumdzija (Bosniya və Hersoqovina), Viktor Yuşenko (Ukrayna), Bujar Nishani (Albaniya), Filip Vujanovic (Monteneqro), Rexhep Meidani (Albaniya), Amine Gemayel (Livan) iştirak ediblər.

Bundan başqa, Belçikanın sabiq Baş naziri Yves Leterme, İordaniyanın sabiq hökumət başçısı Taher Masri, Andorranın sabiq Baş naziri Oscar Ribas Reig, Ərəb Liqasının sabiq baş katibi Amir Musa, Mərkəzin həmsədri, İsgəndəriyyə kitabxanasının sabiq direktoru İsmail Serageldin, İslam əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmeleddin İhsanoglu da konfransa qatılıb.

Konfrans çərçivəsində Nizami Gəncəvi Beynəlxlaq Mərkəzi İdarə heyətinin üzvlərinin Ərəb Liqasının baş katibi Əhməd əbu-Qeyt görüş olub. Görüşdə Mərkəzin İsalm dünyasında fəaliyyətinin gücləndirilməsinin zəruriliyi vurğulanıb. Əhməd əbu-Qeyt mərkəzin dünyada sülhün və mədəniyyətlərarası dialoqun dərinləşməsinə xidmət edən təşəbbüslərini yüksək qiymətləndirib. O, növbəti il Bakıda keçiriləcək VII Qlobal Forumda iştirak edəcəyini də diqqətə çatdırıb. 

Mübariz Aslanov

Son xəbərlər

Orphus sistemi